Mojo.az Banner
12:33 Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan sıxlıq yarandı - SƏBƏB  |     12:27 Məşhur rusiyalı repçi qəzada həlak oldu  |     12:23 Bakıda ər və arvad bıçaqlandılar - OĞULLARI SAXLANILDI (Yenilənib)  |     12:17 Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR  |     12:16 Overçuk: "Ermənistana yüklərin Azərbaycan və Gürcüstan ərazisindən göndərilməsi hər kəs üçün faydalıdır"  |     12:14 Balakəndə avtomobil aşdı: Xəsarət alanlar var  |     12:12 Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı  |     12:07 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı  |     11:35 Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb  |     11:25 Trampın xalqa müraciətindən sonra neft kəskin bahalaşdı  |     11:16 Əli Əsədov Türkiyə və Özbəkistanı dünya çempionatına vəsiqə qazanmaları münasibəti ilə təbrik edib  |     23:01 Şəffaf telefon örtükləri niyə zamanla saralır və bulanıqlaşır?  |     22:45 Türkiyədə azərbaycanlı gənc öldürüldü  |     22:38 Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə  |     22:33 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:25 Baba nəvəsini yumruqladı: "Əsəblərimə hakim ola bilmədim"  |     22:20 Bakıxanovun evi dağılır - Video  |     22:13 Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     22:08 İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı  |     22:01 Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi  |    
Left Banner
Right Banner

Özünü qazi kimi təqdim edərək pul tələb edən şəxs saxlanılıb - VİDEO

08.04.2024 12:27 1 665
Özünü qazi kimi təqdim edərək pul tələb edən şəxs saxlanılıb - VİDEO
Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.

Onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyyən olunub.

N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs, həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir.

Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.скачать dle 11.3
Mojo.az Banner