Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dörd ərzaq bazarının fəaliyyəti dayandırılıb

05.04.2024 15:38 1 668
Azərbaycanda dörd ərzaq bazarının fəaliyyəti dayandırılıb
“Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan dördü fəaliyyətini dayandırıb”.

“Report” xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil:

“Bir neçəsinə qarşı müvafiq sanksiyalar tətbiq edilib. Həmin ərzaq bazarlarının qarşısında qısa müddət ərzində həyata keçirilməli olan tədbirlər proqramı hazırlanıb və təqdim olunub.

Fürsətdən istifadə edib istər heyvan satışı bazarlarında, istərsə də ərzaq bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq etmək istəyirik ki, onların fəaliyyət sahələri əhalinin bilavasitə sağlamlığına təsir edir. Bu sahədə qanunvericiliyin tələblərinə uyğun şəkildə işlərini qurmalıdırlar. Əks halda qanunda nəzərdə tutulmuş qaydada lazım olan tədbirlərin hamısı həyata keçiriləcək. Yəni onlara qarşı inzibati tədbirlər və ya məhdudlaşma tədbirləri həyata keçiriləcək”, - deyə Q.Təhməzli bildirilib.

Son xəbərlər