Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda oğurluq edən qadının həbsi təxirə salınıb

05.04.2024 12:35 1 029
Azərbaycanda oğurluq edən qadının həbsi təxirə salınıb
Azərbaycanda öz şəxsi avtomobili ilə oğurluq edən qadın altı ildən sonra həbs ediləcək.

Qaynarinfo.az-ın məlumatına görə, bu barədə Şəmkir Rayon Məhkəməsində qərar çıxarılıb.

Belə ki, 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş Nəriman Əsgərov (ad-soyad şərti) və həyat yoldaşı, 1985-ci il tarixdə Yevlax şəhərində dünyaya gəlmiş Ofelya Əsgərova (ad-soyad şərti) Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən mağazadan 2 365 manat dəyərində elektirik avadanlıqları oğurlayıblar.

27 aprel 2023-cü il tarixdə saat 10-11 radələrində Nəriman arvadı Ofelya ilə idarə etdiyi “Hyundai i30” markalı, 99-SC-729 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna oğurluğa gediblər. Nəriman sözügedən mağazada satıcının başını qatıb, Ofelya oğurladığı elektirik avadanlıqlarını paltarının altına qoyaraq avtomobildə gizlədib.

Onların müxtəlif yerlərdən də oğurluq etmələri istisna edilməyib. Nəriman oğurluqdan əldə etdiyi vəsaitlə Ofelyaya bazar dəyəri 20 min manatdan çox olan “Hyundai i30” markalı avtomobil alıb.

Məhkəmənin hökmü ilə Nəriman Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il iki ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həyat yoldaşına isə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq, Ofelyanın cəzasının çəkilməsi 11 aprel 2016-cı il təvəllüdlü Aynur adlı qızı 14 yaşına çatanadək, yəni 11 aprel 2030-cu il tarixə kimi təxirə salınıb.

Son xəbərlər