Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim"

21.03.2024 22:35 1 089
"Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. "Şaxta baba" obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam".

Median.Az
axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "AStar" yutub layihəsində qonaq olarkən deyib.

O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:

"1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.

Sonra getdim Gənclər teatrına qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. O vaxtkı pulnan 4900 manat verirdilər. Yol pulum isə 6 min manat idi. Qazancım heç yol puluma çatmırdı. Əlavə pulu kosa, keçəl kimi məclislərdən qazanırdım.

Fəhlə, qaynaqçı, bulka bişirilən yerdə işləmişəm. Gecələr bulka bişirib, səhər isə 7-dən 10-na kimi yatmışam. Sonra isə yuxudan durub getmişəm tamaşanın məşqlərinə. Günorta qrim otağında uzanmışam, günorta isə bir dənə pirojki alıb yemişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam 19:00-da tamaşa oynamışam. Oradan da çıxıb getmişəm bulka bişirməyə. Səhər yenə həmin şey.

Son xəbərlər