Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir

19.03.2024 22:25 1 077
Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir
Çinin ən böyük developeri “Evergrande Group” 2019-2020-ci illərdə gəlirlərini 78 milyard ABŞ dolları həcmində artıq göstərməkdə ittiham olunur ki, bu da Çin tarixində ən böyük korporativ defolta səbəb ola bilər.

Bu barədə “Bloomberg” agentliyi Çinin Qiymətli Kağızlar Komissiyasının materiallarına istinadən məlumat yayıb.

Tənzimləyicinin məlumatlarına görə, “Evergrande”nin bölməsi olan “Hengda Real Estate” qəsdən gəlirlərini 2019-cu ildə 214 milyard yuan (29,7 milyard ABŞ dolları), bir il sonra isə daha 350 milyard yuan (48,6 milyard ABŞ dolları) artıq göstərib. Bu, mənfəətin müvafiq olaraq 63% və 87% şişirdilməsi ilə nəticələnib.

“Qiymətli Kağızlar Komissiyası “Hengda”nı hesabatları saxtalaşdırdığına və 2,89 milyard ABŞ dolları dəyərində qeyri-qanuni istiqraz buraxdığına görə 4,18 milyard yuan (581 milyon ABŞ dolları) cərimələyib”, - agentlik yazıb.скачать dle 11.3
Mojo.az Banner