Mojo.az Banner
13:07 Bakıya gələn əcnəbinin ayaqqabısında patronlar tapıldı - FOTO  |     12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |    
Left Banner
Right Banner

Sabahdan Azərbaycanda yeddigünlük Novruz tətili başlayır

19.03.2024 12:09 1 857
Sabahdan Azərbaycanda yeddigünlük Novruz tətili başlayır
Sabah, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (yeddi gün) qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz bayramı ilə əlaqədar yeddi gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir.

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.скачать dle 11.3
Mojo.az Banner