Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu il səkkiz minə yaxın şəxsə əlillik təyin edilib

11.03.2024 19:26 2 439
Bu il səkkiz minə yaxın şəxsə əlillik təyin edilib
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7,9 min şəxsə əlillik təyin edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Bildirilib ki, son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Son xəbərlər