Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Körpəyə təcili yardım çağırıldı, gəlmədilər: ”Həyati əhəmiyyətli deyil”

07.03.2024 20:56 1 176
Körpəyə təcili yardım çağırıldı, gəlmədilər: ”Həyati əhəmiyyətli deyil”
Bakıda təcili tibbi yardımın işindən narazı qalan vətəndaş Lent.az-ın redaksiyasına şikayət ünvanlayıb.

Şikayətə əsasən, Xəzər rayonu Binə Sovxoz adlanan ərazidə yaşayan sakin fevral ayında 2 dəfə, mart ayında isə bir dəfə təcili tibbi yardıma müraciət edib.

Fevral ayında olan müraciətlərə 2 saatdan artıq müddətə həkim briqadası gəlsə də, mart ayında 2 yaşlı körpənin yüksək temperaturuna görə etdiyi çağırışa gələn olmayıb.

Nəticədə əlacsız qalan vətəndaş gecə saatlarında başqa həkimə müraciət edib və iynə vurulduğu üçün uşağın qızdırması düşüb.

Şikayətçinin sözlərinə görə, artıq yatandan sonra gecəyarı “təcili” tibbi yardım əməkdaşı zəng edərək gəlib-gəlməməli olduqlarını soruşub.

Qeyd edək ki, ərazidə təcili tibbi yardımın son zamanlar bərbad iş vəziyyəti və etinasızlıq sakinlərin narazılığına səbəb olub.

Problemin təcili yardım stansiyasında avtomobil yaxud həkim çatışmazlığı səbəbindən yarandığını məntiqə uyğun düşünsək də, TƏBİB-in araşdırması nəticəsində gələn cavab belə oldu:

12 fevral saat 22:59 tarixində daxil olan çağırış saat 00:56-da, 17 fevral saat 23:57-də daxil olan müraciət 01:39-da icraya verilib.

Qeyd edək ki, 103 çağrı mərkəzinə daxil olan çağırışlar təcili və təxirəsalınmaz olaraq çeşidlənir.

İlk olaraq təcili və həyati əhəmiyyət kəsb edən müraciətlər icra olunur. Təxirəsalınmaz çağırışlar isə gözləməyə alınır.

Hər iki çağırış təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınıb.

05.03.2024-cü il saat 21:14 tarixində N.O (şərti adla) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə temperatur səbəbilə müraciət daxil olub.

Qeyd edək ki, təcili çağırışlar ilk olaraq icra olunduğu üçün və temperatur təxirəsalınmaz çağırış sırasına daxil olduğuna görə gözləməyə alınıb”.

Rəsmi cavabdan belə çıxır ki, xidmət yalnız ölüm ayağında olanlar üçün təcilidir. Çox gözəl, təbii ki, ölümlə çarpışanı xilas etmək lazımdır. Amma yəni ölüm vəziyyətində olanlar bu qədər çox olub ki, 3 saata ambulans gəlib çatdıra bilməyib? Bəlkə daha səmimi olub avtomobil yaxud həkim azlığını qeyd edəsiniz...

Vətəndaşın iddiasına görə, özü və körpə övladı üçün müraciət edilən zaman kəskin ağrı dözülməz olub və təcili tibbi yardıma ehtiyac yaranıb. Ancaq təəssüf ki, təcili tibbi yardım stansiyası 2 yaşlı körpə üçün edilən müraciəti də həyati əhəmiyyətli saymayıb və çağırışa gəlməyib.

Son xəbərlər