Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı - VİDEO

07.03.2024 20:25 1 173
Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı - VİDEO
2022-ci il noyabrın 12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 26, mənzil 695-də, 47 yaşlı Kifayət İsayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kifayət İsayevanın ölümünə kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məhərrəmov Masazır qəsəbəsində, qohumunun evində tutulub. İstintaqla müəyyən edilib ki, Elnur Məhərrəmov 2022-ci il iyulun 16-sı saat 21 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kifayət İsayeva ilə birlikdə şəxsi avtomobili ilə Sumqayıtdan Bakıya gələrkən aralarında mübahisə yaranıb. Buna görə o, maşını Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısında saxlayıb. Hər ikisi nəqliyyat vasitəsindən çıxan zaman Elnur avtomobilin saxlanc yerindən bıçağı götürüb qadına xəsarətlər yetirib. Hər iki çiyin nahiyəsindən yaralanan zərərçəkmişə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tibbi yardım göstərilib.

İş üzrə dindirilmiş Elnur Məhərrəmov bildirib ki, Gəncə prospektində yerləşən Yaşayış Kompleksində sahə rəisi işləyib. Kifayət İsayevanı həmin binada yaşayan sakin kimi tanıyıb. 2022-ci ilin martından aralarında səmimi münasibətləri yaranıb. Kifayət “Xalqlar Dostluğu” metrosunun yanında, Ticarət Mərkəzində mağaza icarəyə götürüb, qadın geyimləri satıb. Elnur Məhərrəmov sevgilisinin gündəlik xərclərini qarşılaması üçün onun bank kartına hər gün 400-500 manat pul köçürüb. Həftədə bir-iki dəfə Kifayətin evinə gedərək, gəcələri onunla keçirib.

Aprelin axırlarında Kifayət Türkiyədən qızıl gətirib sataraq yaxşı qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını deyib. Elnur ona şərikli bu işi görməyi təklif etdikdə, razılaşıb və 50 000 manat düzəldərək Kifayətə verib. İyunun ortalarında Kifayətə əlavə 25 000 manat da pul verib. K.İsayeva Türkiyəyə gedib və qadın geyimləri sifariş edərək, 3 gündən sonra geri qayıdıb. İyul ayında Sumqayıtda restoranda oturub yemək yeyərkən, Kifayətə iş görmək adı ilə verdiyi 75 000 manat puldan söhbət açanda, bu qadının xoşuna gəlməyib. Geri qayıdarkən sevgililər mübahisə edib, Elnur Məhərrəmov maşından enərək bıçaqla Kifayətin çiyin nahiyəsinə zərbələr endirib. Hadisədən sonra qadın şikayət edəcəyi təhdidi ilə Elnurdan müxtəlif məbləğlərdə pul tələb etməyə başlayıb.

E.Məhərrəmov məcbur qalıb 3-4 ay ərzində təxminən 80 000 manat pul tapıb, ona verib. Elnur Məhərrəmovun onu aldatdığını, başqa qadınla birlikdə olduğunu anlayan həyat yoldaşı Elnarə Məhərrəmova noyabrın 10-da ona Qubadlı Rayon Məhkəməsinin qətnaməsini göndərərək artıq boşandıqlarını bildirib. Həmin ərəfədə avqustun 1-dən noyabrın 13-nə qədər olan müddətdə E.Məhərrəmov dələduzluq edərək 14 nəfərə maddi ziyan vurduğuna görə onu artıq polis əməkdaşları da axtarmağa başlamışdı. Buna görə Elnur ümidini yalnız Kifayətə bağlamışdı.

Axırıncı dəfə qadın mənzilinə noyabrın 11-i saat 21 radələrində gedib. Gecəni birlikdə keçiriblər, səhər isə Kifayət evini satdıqdan sonra özünə “Toyota Land Cruiser” markalı avtomobil alacağını deyib. Halbuki, Elnur Kifayətin evi satdıqdan sonra onun borclarını bağlamağa kömək edəcəyini gözləyirdi. Kifayətə evini satıb, onun borclarını qaytarmaqda köməklik edəcəyi barədə vədini xatırlatdıqda, qadın belə söz vermədiyini bildirir. Elnur Kifayətin danışmasından, aqressiv cavablarından ona pul verməyəcəyini başa düşür. Hörmətini və ailəsini məhz ona görə itirdiyini bildirəndə, qadın “acizsən, sənin tayların heç evlənməyib, günah məndədir ki, sənin yanına gəlib-gedirəm” deyir. Bundan sonra Elnur televizorun yanında olan qırmızı rəngli qaz açarını götürərək Kifayətin baş nahiyəsinə zərbələr endirir. Vurduqdan sonra onu tutub, arxası üstə divana uzadır. Hadisədən sonra Elnur Məhərrəmov Masazır qəsəbəsində yaşayan xalası oğlu Vüsalın evinə gedib. Növbəti gün elə Vüsalın yaşadığı evdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Anket məlumatlarına əsasən, 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş Elnur Məhərrəmov əvvəllər məhkum edilməyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Son xəbərlər