Mojo.az Banner
19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |     18:06 Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?  |     17:59 Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı  |     17:44 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO  |     17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |    
Mojo.az Avto
Mojo.az Avto

Xocavənddəki partlayışın TƏFƏRRÜATI - YENİLƏNİB

10.02.2024 13:17 2 577
Xocavənddəki partlayışın TƏFƏRRÜATI - YENİLƏNİB
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb.

Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub.

* * * * *

Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.

Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner