Mojo.az Banner
14:44 Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb  |     14:40 Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq  |     14:30 Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi  |     14:28 Üçüncü mərtəbədən yıxılan yeniyetmə 3 gün sonra öldü  |     14:24 Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU  |     14:19 Sumqayıtda evləri su basdı  |     14:11 Ötən gün axtarışda olan 64 nəfər saxlanılıb  |     14:10 Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb  |     13:58 Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     13:56 Biləsuvarda iki həftədə 26 NƏFƏRİ İT DİŞLƏYİB  |     13:56 Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir  |     13:55 Dubay-Marina və "Dubai Internet City" əraziləri sursat qalıqlarından zərər görüb  |     13:53 Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     13:46 Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır  |     13:42 Azərbaycan XİN: "Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq" - FOTO  |     13:38 Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - Video  |     13:14 Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ  |     13:10 Küləklə bağlı XƏBƏRDARLIQ: GÜCLƏNƏCƏK  |     13:08 Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb  |     23:01 Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR  |    
Left Banner
Right Banner

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal qazanıb

03.02.2024 20:37 1 911
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal qazanıb
ADA Məktəbinin şagirdi Həbib Əmiraslanov Vyetnamda keçirilən 2023-2024-cü il Fermat Riyaziyyat Olimpiadasının qalibi olub.

“Report” xəbər verir ki, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən beynəlxalq olimpiada iki turdan ibarət olub.

Birinci ölkə turunda 88 bal toplayan və qızıl medala layiq görülən Həbib Vyetnamda keçirilən final mərhələsində birinci olmaqla daha bir qızıl medal qazanıb. Əsasən Mərkəzi Asiya ölkələri olmaqla 11 ölkədən 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə iştirakçılara riyazi bacarıqlarını yoxlamaq üçün 20 yazılı sual təqdim olunub.

Ölkəmizə qızıl medal gətirən Həbib bildirib:

“Qazandığım bu uğura görə ADA Məktəbinin riyaziyyat müəllimlərinə minnətdaram. Onların mənə göstərdiyi dəstək və verdikləri təhsil mənim yalnız riyazi bacarıqlarımı artırmayıb, həm də daim yeni biliklər öyrənməyə həvəsləndirib”.

Bakalavr təhsili üçün xarici universitetlərlə yanaşı, ADA Universitetinə də müraciət edəcəyini ifadə edən Həbib əlavə edib ki, ADA Məktəbi şagirdlərin öz bilik və bacarıqlarını sınaması və daha da möhkəmləndirməsi üçün onları daim həvəsləndirir, beynəlxalq müsabiqələrdə və yarışlarda iştirak etməyə təşviq edir.

Qeyd edək ki, Həbib həm də Məktəbdə fəaliyyət göstərən ADAMUN Klubunun və İntellektual Oyunlar Klubunun üzvü kimi fəallığı ilə seçilib.скачать dle 11.3
Mojo.az Banner