Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

"City Pub"ın mühafizəçisi həbs edildi: Stolda oynayan müştərini döyüb

30.01.2024 19:06 1 593
Yasamal rayonu, A.Mirzəyev küçəsində yerləşən "City Pub" restoranında müştərini döyən mühafizəçiyə hökm oxunub.

Qayanrinfo-nun məlumatına görə, restoranın mühafizəçisi, 1993-cü il tarixdə Quba rayonunda anadan olmuş Xəyal Abdullayev (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

Xəyal Abdullayev "City Pub" restoranında müştərinin içkili halda stolun üzərinə çıxıb oynadığını gördüyü üçün döyüb. O, müştəriyə qarşı zor tətbiq edərək çölə çıxarıb. Hadisə yerinə polis gəlib və 15-20 dəqiqə söhbətdən sonra hər iki şəxs izahat vermələri üçün şöbəyə aparılıb.





Xəyal Abdullayev özünü təqsirli bilməyərək bildirib ki, gecə saatlarında işdə olarkən bir nəfərin içkili halda stolun üzərinə çıxıb oynadığını görüb. Ona yaxınlaşıb stoldan düşməsini tələb edib, lakin qarşı tərəf düşməyib və onun yaxasından yapışaraq itələyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 1 ay inzibati qaydada həbs edilib.
скачать dle 11.3
Mojo.az Banner