Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada saxlanılıb

29.01.2024 18:44 1 677
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin qardaşı Moskvada saxlanılıb
Moskvada (Rusiya) polis Rusiyanın ən böyük yağ hasilatı şirkətinin (“Ideal” və “Oleyna” brendləri) sahibi Karen Vanetsyanı saxlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın qardaşı vətənində çirkli pulların yuyulmasında şübhəli bilinir.

Ermənistan və İsveçrə vətəndaşlığı olan 55 yaşlı iş adamı yanvarın 28-i axşam saatlarında saxlanılıb.

Ermənistan prokurorluğu hələ 2018-ci ildə ona qarşı “Vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulması” maddəsi ilə iş açıb, ötən il isə o, axtarışa verilib.

İstintaqın məlumatına görə, Vanetsyan faktiki olaraq Ermənistanın Vatikandakı səfirinə məxsus olan Zəngəzur Mis-Molibden Kombinatının 12,5%-lik payını 15,5 milyon dollara alıb. İddialara görə, sənaye maqnatı bütün qanunsuz əməliyyatlar nəticəsində 35 milyon dollar zənginləşib.

Bir il əvvəl Vanetsyan, həmçinin “Ideal”, “Oleyna” və “Maslenitsa” yağları istehsal edən ABŞ kənd təsərrüfatı treyderi “Bunge”ın Rusiya biznesini də alıb. Sahibkarın sözlərinə görə, o, aktivləri real dəyərinin yarısı qiymətinə alıb. Onun şirkətinin alışdan sonra nizamnamə kapitalı 1,3 milyard rubl (təxminən 24,5 milyon - red.) təşkil edib.

Mənbə: SHOT Telegram kanalı

Son xəbərlər