Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı məktəbində qalmaqal: Telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı iclas keçiriləcək

24.01.2024 18:05 1 350
Bakı məktəbində qalmaqal: Telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı iclas keçiriləcək
Bakı şəhər 6 nömrəli məktəb-liseydə ikinci sinif şagirdinin istismara məruz qaldığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Bu barədə məktəb-liseyin direktoru Gülşən Orucova APA-ya açıqlamasında məlumat verib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı yanvarın 10-da onlara müraciət daxil olub və şikayətçi valideynə, yaxınlarına kamera görüntülərini izləmək üçün şərait yaradılıb.

"İddia edilirdi ki, hadisə yaxın günlərdə baş vermiş ola bilər. Biz hətta onlara dekabrın 4-dən bəri qeydə alınan bütün görüntülərə baxmaları üçün imkan yaratmışıq. Müraciət daxil olduqdan sonra bununla əlaqədar biz Səbail Rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət etdik. Müraciətdən sonra oradan nümayəndə məktəbə gəldi və şagirdlərlə söhbət aparıldı. Prosesə psixoloq da cəlb olunub və onun iştirakı ilə da şagirdlərlə profilaktik söhbət aparılıb”.

Direktor qeyd edib ki, aparılan araşdırma zamanı sadəcə 7-ci sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar olub:

"Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik”.

Direktor qeyd edib ki, hadisə ilə əlaqədar Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə də dərhal məlumat verilib, qurum rəsmiləri məktəbə gələrək vəziyyətlə tanış olublar:
"Qeyri-etik videolar və xoşagəlməz söhbətlərin olmaması üçün VII sinif şagirdlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə valideynlərinə həmin uşaqların məktəblərinin dəyişdirilməsi tövsiyə olunub. Ötən gün şagirdlərin başqa məktəbə yerdəyişmə edildiyi barədə məlumat yayılıb. Lakin yerdəyişmə mərkəzləşmiş sistem üzərindən aparılır. Bu gün biz sistemə baxmışıq, şagird yerdəyişməsi edilməyib. Sadəcə olaraq, mən açıqlama verəndə də onların məktəbdən çıxarılmadığı, sadəcə cümə günü məktəbdə olmadığını qeyd etmişdim. Təəssüf ki, bu barədə məlumat da təhrif olunmuş formada yayımlanıb”.

Gülşən Orucova, həmçinin bildirib ki, hadisə ilə əlaqədar məktəbdə mühafizə sistemi gücləndirilib, müəllimlərin mərtəbələrdə növbətçiliyi artırılıb, psixoloqların işi gücləndirilib, bütün mərtəbələrdə, siniflərdə, hətta tualetlərin girişində kameraların sayı artırılıb:

"Övladının istismara məruz qaldığını iddia edən valideyn digər şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb edib. Lakin fakt öz təsdiqini tapmırsa, həmin şagirdlərin uzaqlaşdırılması barədə qərar qəbul edə bilmərik. Bu gün pedaqoji iclas da keçiriləcək. VII sinif şagirdlərinin valideynləri ilə bir daha söhbət aparılacaq”.

Direktorun sözlərinə görə, istismara məruz qaldığı deyilən şagird məktəbdə təhsilini davam etdirir:

"Lakin valideyni onun məktəbinin dəyişdirilməsini istəyir. Uşağın psixoloji vəziyyəti də qaydasındadır, pozitiv vəziyyətdə olan şagirddir. Məktəblərdə şagirdlərə smartfonlar qadağan olunub. 4 ildir biz bunlarla mübarizə aparırıq. Dərslər başlayanda mobil telefonlar yığılır və dərsdən sonra özlərinə paylanılır. Uşağa smartfon ehtiyac deyil. Əlaqə saxlamaları üçün adi telefon da yetərlidir. Biz valideynlərə tövsiyə edirik ki, bu qaydalara riayət etsinlər”.скачать dle 11.3
Mojo.az Banner