Mojo.az Banner
23:01 “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək  |     22:48 "Meta" yeni süni intellekt modelini təqdim etdi  |     22:40 Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan  |     22:35 Numan Kurtulmuş: "Azərbaycan-Ermənistan yaxınlaşması müsbət və önəmlidir"  |     22:29 Sabunçuda evləri, həyətləri kanalizasiya suyu basıb - Video  |     22:23 Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - Video  |     22:18 Binəqədidə "Qarabağ" kafesində "iPhone" oğurluğu  |     22:10 Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq - İqtisadçı açıqladı  |     22:04 Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər  |     21:59 Dünyanın ən "yaşıl" şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər  |     21:52 Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu  |     21:47 Bu ərazilərdə işıq olmayacaq  |     21:43 Bu iPhone modellərində "Telegram" işləmir  |     21:37 Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər  |     21:30 Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...  |     21:24 Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib  |     21:16 AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq  |     21:11 Azərbaycanın vitse-konsulu Yekaterinburqda azərbaycanlı məhbuslarla görüşdü  |     21:04 Şeyx 10 milyon dollara dünyanın ən gözəl atını aldı - VİDEO  |     20:56 Dünya çempionu vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT

09.01.2024 18:53 1 008
Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
“Ağsu Siti” futbol klubunun prezidenti Rəmzi Eminli barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

“Qaynarinfo” xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

Rəmzi Eminli ötən ilin oktyabrında həbs edilib. İş materiallarına görə, “Ağsu Siti”nin prezidenti “Aran” futbol klubunun rəhbərinə qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə Kərim İmran oğlu Axundov zərərçəkmiş qismində tanınıb. Lakin onun “Aran” klubuna bağlılığı barədə məlumatlara rast gəlinmir.

“Ağsu Siti”yə gəlincə, klub Region Liqasının fəal iştirakçısı olub. Lakin ötən mövsüm “Ağsu Siti” çempionatdan kənarlaşdırılıb. İddialara görə, Rəmzi Eminli ilə futbolçular arasında problem yaranıb. Pullarını ala bilməyən oyunçular üç matçda meydana çıxmayıblar. Bundan sonra AFFA klubu çempionatdan kənarlaşdırıb.

Rəmzi Eminlinin ittiham olunduğu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner