Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azad edilmiş ərazilərdə neçə nəfər işlə təmin edilib?

09.01.2024 13:23 1 710
Azad edilmiş ərazilərdə neçə nəfər işlə təmin edilib?
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 1 293 min nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94,4 min nəfər - 73 faiz əmək qabiliyyətli şəxsin 19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə ixtisassızdır.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər, iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36,5 faizidir.

M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

Son xəbərlər