Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

03.01.2024 20:39 2 289
Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib
Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı qeydə alınıb.

Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda hamısının vəziyyəti normaldır.

Son xəbərlər