Mojo.az Banner
19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Serdar Ortaçdan üzücü xəbər: “Ayağımı amputasiya edə bilərlər”

29.12.2023 17:40 1 692
Serdar Ortaçdan üzücü xəbər: “Ayağımı amputasiya edə bilərlər”
Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.

53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.

“Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz”, - deyə o, vəziyyəti barədə danışıb.

Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.

“Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır”.

Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:

“Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim”, - deyə o, arzusunu dilə gətirib.

Mənbə: Sabah.com.trскачать dle 11.3
Mojo.az Banner