Mojo.az Banner
21:51 Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir  |     21:46 31 mayda nadir hadisə baş verəcək - XƏBƏRDARLIQ  |     21:39 100 milyon dollarlıq Luvr soyğunu filmə çevriləcək  |     21:34 Nikolas Keyc soyadını dəyişdi  |     21:26 Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı açıqlama  |     21:13 Çinli mühəndis Tayvan və Yaponiyadan sirrlər oğurlamağa 13 il sərf edib  |     21:08 40 min şüşə: Gürcüstan Stalinin şərab kolleksiyasını hərraca çıxaracaq  |     21:01 Varlılar dollardan imtina edir - SƏBƏB  |     20:55 Qurban Qurbanov daha 3 il "Qarabağ"da  |     20:46 Azərbaycanda müğənni fanatını polisə şikayət etdi - Video  |     20:41 Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır  |     20:34 Bakıda 41 ağac sınıb  |     20:29 Bu küçədəki nişanlama çaşqınlıq yaradır? - AYNA açıqlama verdi (Video)  |     20:21 Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi  |     20:13 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır  |     20:01 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib  |     19:54 Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ  |     19:52 Ali məktəbdən qovulanların möhlət hüququ nə zaman itir? - Rəsmi CAVAB  |     19:39 "AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib  |     19:23 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb  |    
Left Banner
Right Banner

Muxtar Babayev işdən çıxardı, 30 min verib vəzifəsinə qayıtmaq istədi... (TƏFƏRRÜAT)

26.12.2023 19:49 2 163
Muxtar Babayev işdən çıxardı, 30 min verib vəzifəsinə qayıtmaq istədi... (TƏFƏRRÜAT)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxsinə qarşı dələduzluq edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, dələduzluğa məruz qalan 1994-cü ildən 2018-ci il ilədək olan müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif vəzifələrdə çalışan Fikrət adlı şəxs olub.

Fikrət 2018-ci ildə sonuncu dəfə həmin nazirlikdə sektor müdiri vəzifəsində çalışıb. 2018-ci ilin dekabr ayında işlədiyi idarə ləğv edildiyindən özü və əməkdaşları işdən çıxarılıb. Bundan sonra onlar aidiyyəti üzrə yenidən işlədikləri nazirliyə işə bərpa olunmaq üçün bir neçə dəfə müraciət ediblər. O, bir neçə keçmiş iş yoldaşı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerləşdiyi ərazidə - Hüseyn Cavid parkındakı "Yaşıl” adlı kafedə əyləşən zaman yoldaşlarından biri kafedə gördüyü Nəsiman adlı şəxsin nazirə (Muxtar Babayev-red.) yaxın adam olduğunu bildirib.

Fikrət Nəsimanla görüşərək, nazirlikdə işə bərpa olunmasına kömək etməyi xahiş edib. Nəsiman isə Fikrəti nazir Muxtar Babayevlə yaxın münasibəti olmasına inandıraraq, ondan vəzifəsinə bərpa olunması üçün 30 min manat pul alıb. Həmin pulun müqabilində ona 2 ay ərzində nazirlikdə vəzifə veriləcəyini bildirib. Hətta buna Nəsiman nazirliyin binasının qarşısında Fikrətlə bir neçə dəfə görüşərək, yaxın vaxtlarda əmrinin veriləcəyini deyib.

Üzərindən xeyli müddət keçdikdən sonra Fikrət Nəsiman tərəfindən aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı Nəsimanın Əliheybət İmanov adlı şəxslə birləşərək, Fikrətə qarşı dələduzluq etdiyi müəyyənləşib.

Məhkəmənin hökmü ilə 1965-ci ildə Bakı şəhərində anadan olmuş Nəsiman Zamanov (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner