Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sədərək” Ticarət Mərkəzinin sahibinin ailəsi məhkəməyə məcburi gətiriləcək

22.12.2023 12:56 1 344
“Sədərək” Ticarət Mərkəzinin sahibinin ailəsi məhkəməyə məcburi gətiriləcək
“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən xüsusilə külli miqdarda oğurluq etməkdə ittiham olunan Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir.

“Qafqazinfo”nun məlumatına görə, baxılan iş üzrə müttəhim zərərçəkmiş şəxslərin evində xadimə işləyib.

İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə, təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar daxildir. Lakin S.Cabbarova özünü qismən təqsirli bilir. O iddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb.

Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanın məbləğini çox şişiriblər. Təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb ediblər. Müdafiə tərəfi vəsatətlərini onunla əsaslandırır ki, işlə bağlı qaranlıq qalan məsələlərə məhz zərərçəkmişlər şəxsən aydınlıq gətirməlidirlər.

Artıq 1 ildir məhkəmə istintaqı davam edir, bu günə kimi zərərçəkmiş şəxslər proseslərdə iştirak etməyiblər. İlk iclasdan onları nümayəndələri təmsil edir.

Qədimbəyli ailəsi hər dəfə müxtəlif səbəblər göstərərək hakim qarşısına çıxmaqdan yayınırlar. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti bu dəfə zərərçəkmiş ana və oğlunun məhkəməyə məcburi gətirilməsi qərarı çıxarıb. Qərarın icrası polisə həvalə edilib.скачать dle 11.3
Mojo.az Banner