23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

“Sədərək Yusif” məhkəməyə verildi – 300 min manatlıq qalmaqal

"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimfəyli məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğludur. Arazxan Nəcəfov Yusif Qədimbəyli ilə yanaşı, qardaşları Yunis Qıdimbəyli və Ənvər Qədimov barəsində iddia qaldırıb. O, həmçinin "Sədərək” firmasını də məhkəməyə verib.

İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxti barədə açıq mənbələrdə məlumat yoxdur. İşin mahiyyəti də bəlli deyil.

Araşdrımalarımız zamanı məlum olub ki, Arazxan Nəcəfov 20 il "Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, məcburi köçkün, eyni zamanda Qarabağ veteranıdır. Devalvasiya zamanı onun biznesi dayanıb və Ticarət Mərkəzinə 30 min manat borcu yaranıb.
2016
-cı ildə Yusif Qədimbəylinin adamları onun Ticarət Mərkəzindəki mağazasını qapadıb. Mağaza bağlanan zaman Arazxan Nəcəfovun orada 300 min manat dəyərində malı olub.

Yusif Qədimbəylinin adamları həmin malı da ələ keçiriblər.

Arazxan Nəcəfov onlardan malını geri istəsə də xeyri olmayıb. Bu baxımdan, o məhkəməyə üz tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 104 13.10.23 21:01