Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Hindistanın cənubunda daşqınlar səbəbindən 17 mindən çox insan təxliyə edilib

20.12.2023 16:59 1 866
Hindistanın cənubunda daşqınlar səbəbindən 17 mindən çox insan təxliyə edilib
Hindistanın cənubundakı Tamilnad ştatında leysan yağışların yağdığı daşqın zonasından 17 mindən çox insan müvəqqəti düşərgələrə təxliyə olunub.

Bu barədə jurnalistlərə yerli administrasiya rəhbərinin müavini Şiv Das Mina məlumat verib.

“Bu günə qədər 160 yardım düşərgəsi yaratmışıq və bu düşərgələrdə 17 minə yaxın insan yerləşdirilib. İnsanlara 34 minə yaxın ərzaq bağlaması çatdırılıb, lakin indi suyun səviyyəsi hələ də azalmadığından bəzi kəndlərə gedib çıxa bilmirik”, - deyə Mina bildirib.

O əlavə edib ki, 1 300-ə yaxın insan, o cümlədən Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Milli Fəlakətlərə qarşı Qüvvələrinin (NDRF) əməkdaşları yardım və təxliyə əməliyyatlarına cəlb olunublar. Zərər çəkmiş ucqar ərazilərə 13,5 ton yardım ləvazimatlarını çatdırmaq üçün doqquz helikopterdən istifadə edilir.

Mənbə: TASS

Son xəbərlər