Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Daxili orqanlarını satışa çıxaranlar var: Onları hansı CƏZA gözləyir?

20.12.2023 11:32 1 101
Daxili orqanlarını satışa çıxaranlar var: Onları hansı CƏZA gözləyir?
Bu gün sosial şəbəkələr reklam baxımından ən əlverişli vasitədir. İnsanlar da bundan istifadə edərək əl işlərini və bacarıqlarını nümayiş etdirib, satışa çıxarırlar. Sosial şəbəkələrdə, hətta narkotik satışı ilə məşğul olanlara da rast gəlinir.

Daha bir qaranlıq məsələ isə insanların daxili orqanlarının satışı ilə bağlıdır. Xüsusilə, “Instagram”da orqanların satışı ilə bağlı tez-tez rast gəlinən elanlara qiymətlər də əlavə edilir. Sosial şəbəkələrdə qan satışından ürəyə qədər, bütün orqanların satışı təklif olunur.

Bununla yanaşı, qadınların və həkimlərin folekullarla bağlı paylaşdıqları elanlar da çoxluq təşkil edir. Yəni qadınlar öz folekullarını müəyyən pul qarşılığında satır, eyni zamanda, həkimlər müəyyən şərtlərlə, müəyyən məbləğ qarşılığında folekul donoru axtardıqlarını elan edirlər. Belə məlum olur ki, folekulları alan ginekoloqlar süni mayalanma əməliyyatları edərkən həmin folekulları övlad sahibi olmaq istəyən qadınlara daha yüksək qiymətə satırlar.

Halbuki orqanların reklamı, satışı qanunla qadağandır.

Xatırladaq ki, ötən il “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni qanun qəbul olunub. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun.

Bəs daxili orqanlarını satışa çıxaranlarla necə mübarizə aparılır? Bu cür şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Ruslan Vəliyev həmin insanları 3-5 ilədək həbs cəzasının gözlədiyini deyib:

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı ilə məşğul olanlar 3 ilədək müddətə, ağırlaşdırıcı hallarda isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Vəkil bu cür qanunsuz elanlarla aidiyyəti qurumların mütəmadi məşğul olduqlarını bildirib:

“Bu cür elanlar üzrə satıcılar və alıcılar DİN monitorinq qrupları tərəfindən izlənilir və cinayət məsuliyyətinə cəlb olunurlar”.скачать dle 11.3
Mojo.az Banner