Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişikliklər

12.12.2023 17:37 2 334
Sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişikliklər
Əvəz Quliyev sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişiklikləri açıqladı

2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə üç oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev layihənin əsas istiqamətlərini “İqtisadi Zona” proqramına müsahibəsində açıqlayıb.

- Bu gün Azərbaycanda ödənilən dividentlər üzrə vergi dərəcəsi 10 faizdir, növbəti ildən isə bu, 5 faizə endiriləcək. Eyni zamanda, sahibkarlıq subyektləri üçün növbəti dəstək tədbiri olaraq, kommersiya xərcləri olan nümayəndəlik, mənzil və işçilərin yemək xərclərinin norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.
Növbəti ildən tibb müəssisələri üçün də vergi güzəştlərinin tətbiqi gözlənilir. Məlumdur ki, nağdsız ödənişlərin stimullaşdırılması bu gün əsas məqsədlərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin nağdsız qaydada formalaşan dövriyyələrinin 50 faizinin onların ƏDV tutulan əməliyyatlarının dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bununla da tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəşti tətbiq olunacaq. Bu güzəşt qeyd edilən sahədə şəffaflaşmanın daha da artmasına kömək edəcək.скачать dle 11.3
Mojo.az Banner