Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olundu

09.12.2023 23:04 2 085
Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olundu
Avropa İttifaqı (Aİ) dünyada ilk olaraq süni intellekt (AI) üzrə kompleks hüquqi paket ilə bağlı razılıq əldə edib.

36 saat davam edən danışıqlardan sonra Aİ Parlamenti və İttifaqa üzv ölkələr bir sıra məsələlər, o cümlədən üzün tanınması və bu texnologiyadan məhkəmə sistemində istifadə olunması üzrə razılığa gəliblər.

Danışıqlardan sonra Aİ-nin daxili bazar üzrə Komissarı Tierry Breton “X” sosial platformasında əldə olunan sazişi "tarixi" adlandırıb. O qeyd edib ki, "Aİ süni intellektdən istifadə üçün aydın qaydalar müəyyən edən ilk qitə olacaq".

Yeni qaydalara görə, süni intellekt bumunu başladan “Chat GPT”in keçən il geniş auditoriyaya çatdıqdan sonra bu il Aİ-nin qanunvericilik prosesinə daxil edilib.

Müzakirə olunan təklifə bu növ geniş AI xidmətləri üçün təhlükəsizlik tələbləri ilə bağlı qaydalar, eləcə də daha güclü modellərin daha sərt tənzimlənməsi daxildir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen süni intellekt sahəsində “unikal hüquqi razılaşmanı” alqışlayıb.

Aİ-nin hüquqi paketi 2025-ci ilə qədər tam tətbiq edilməyəcək və qaydaları pozan şirkətlərin 35 milyon avroya və ya qlobal dövriyyəsinin 7 faizinə qədər cərimə oluna biləcəyi də yeni qaydalar arasında yer alır. Deputatlar yeni ildə olacaq Avropa Parlamentinə seçki kampaniyası ərəfəsində razılığa gəlməyə məcbur olublar.скачать dle 11.3
Mojo.az Banner