Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA

09.12.2023 16:25 2 481
Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA
“Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı”.

Bu sözləri oxu.az-a açıqlamasında qadının uşağını “unudub” getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib.

O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib:

“Hadisə ötən gün baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da “Şamaxinka”da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim”.

Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib:

“Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib.

Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim”.

“Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim. Uşaq indi sığınacaqdadır”, - deyə E.Tanarverdiyev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner