Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Saxta diplomla vəzifəyə təyin olundu, işdən çıxarılaraq cəzalandırıldı

08.12.2023 13:43 1 503
Saxta diplomla vəzifəyə təyin olundu, işdən çıxarılaraq cəzalandırıldı
Füzuli rayonunda saxta diplomla vəzifəyə təyin edilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl rayonun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta olması üzə çıxıb.

Bəlli olub ki, R.Umudovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının məzunu olması ilə bağlı təqdim etdiyi diplom saxtadır. Həmin diplom əsasında 3 il vəzifədə çalışan şəxs dərhal işdən azad edilib və onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Füzuli Rayon Məhkəməsinin hökmü ilə Rəsul Umudova qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzası verilib. Həmçinin o, 1 il müddətində dövlət və yerli özünüidarə orqanlarında təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner