Mojo.az Banner
13:24 Hörmüz boğazının blokadası Avropada dərman qıtlığına səbəb ola bilər  |     13:22 Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - Video  |     13:18 Nərimanovun sabiq icra başçısı vəfat etdi - FOTO  |     13:13 Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO  |     13:07 Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     23:01 Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA  |     22:49 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər  |     22:42 Hantavirusa görə bu ölkə maska rejiminə keçir  |     22:37 İçki və tütün satışından gəlirlər 1 milyard manata yaxınlaşıb  |     22:30 Bağçalara elektron sənəd qəbulu növbəsi müvəqqəti dayandırılır  |     22:19 Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib  |     22:13 Yer kürəsində maqnit qasırğası müşahidə edilir  |     22:06 Bu şəxslər də 1 il hərbi xidmət keçəcək  |     22:01 Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA  |     21:55 Masazırda sərnişin banan qabığını maşından yola atdı - VİDEO  |     21:48 Tanınmış professor kliniki ölüm keçirdi  |     21:41 Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?  |     21:36 Azərbaycanda yeni əməkhaqqı modeli: maaşlar belə hesablanacaq  |     21:29 Neymar İtaliya vətəndaşlığı aldı  |     21:24 Azərbaycanda demoqrafik böhran: Gənc ailələr niyə uşaq istəmir?  |    
Left Banner
Right Banner

Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxslərdən biri hələ də komadadır

07.12.2023 19:15 2 082
Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxslərdən biri hələ də komadadır
Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır.

Bu barədə "Report"un Qarabağ bürosuna onun yaxınları məlumat verib.

Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb.

Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb.

Hadisə nəticəsində bir nəfər - Məmmədova Sarıtel Abbasəli qızı dünyasını dəyişib, 30 - dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Abdullayeva Aidə Novruz qızı ağır xəsarət alıb.скачать dle 11.3
Mojo.az Banner