Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Seysmoloq: “Növbəti silkələnmənin baş verəcəyi ehtimal edilir”

07.12.2023 11:28 2 154
Seysmoloq: “Növbəti silkələnmənin baş verəcəyi ehtimal edilir”
“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.

Bunu oxu.az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.

O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:

“Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”.

Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər:

“Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq. Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.скачать dle 11.3
Mojo.az Banner