Mojo.az Banner
15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi

05.12.2023 22:58 1 875
Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi
Braziliyanın Riu-Qrandi-du-Sul əyalətinin paytaxtı Portu-Aleqri Şəhər Şurası mətni tamamilə ChatGPT süni intellektindən istifadə edilməklə yazılmış qanun qəbul edib.

Qeyd olunur ki, sənəd şəhər şurasının iştirakçısı Ramiru Rosariunun sorğusuna əsasən neyroşəbəkə tərəfindən yaradılıb. Qanun layihəsi bələdiyyələrə su sayğaclarının oğurlanması halında vergi ödəyicilərindən onları dəyişdirmək üçün ödəniş etməməyə imkan verəcək. Sənəd artıq şura tərəfindən təsdiqlənib və şəhərin meri Sebaştiau Melu tərəfindən imzalanıb.

Şəhər Şurasının üzvləri, mer və şəhər sakinləri qanun layihəsinin neyroşəbəkə tərəfindən işlənib hazırlandığını yalnız qanun qəbul edildikdən sonra öyrəniblər.

“Bizim strategiyamız bunu süni intellektin etdiyini bildirməməkdən ibarət idi, biz sadə eksperiment aparmaq istəyirdik”, - deyə Rosario bildirib.

O əlavə edib ki, yaxın bir neçə ildə cəmiyyəti süni intellekt sayəsində müxtəlif sahələrdə inqilabların baş verməsi gözləyir və siyasət də bu dəyişikliklərdən kənarda qala bilməz.

Qeyd edək ki, ABŞ şirkəti OpenAI 2022-ci ildə istifadəçilərlə dialoq rejimində əlaqədə olan ChatGPT xidmətini təqdim edib. Çat-bot aydınlaşdırıcı suallara cavab verə, səhvlərini etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər.

Mənbə: TASSскачать dle 11.3
Mojo.az Banner