Mojo.az Banner
13:22 "Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti  |     13:10 Azərbaycana turist axını azalıb  |     13:03 Azərbaycanda deputat tanıdığı qadının ərindən pəncərədən tullanmaqla qaçıbmış - TƏFƏRRÜAT  |     12:52 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT  |     12:51 Myanmanın yeni prezidenti bəlli oldu  |     12:45 Gürcüstanda bir neçə gün əvvəl toyu olan azərbaycanlı ÖLDÜRÜLDÜ: Saxlanılan var - FOTO - VİDEO  |     12:43 DİM-dən dövlət qulluqçusu olmaq üçün imtahan verəcək şəxslərə MÜRACİƏT  |     12:41 "Quru meyvə" adı ilə 112 kiloqramdan artıq narkotiki ölkəyə keçirmək istədilər  |     12:29 Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR  |     12:23 "ChatGPT" ekstremizmlə mübarizədə yeni addım atır  |     12:21 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlərin sayı artıb  |     12:17 Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - Video  |     12:11 Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər SAXLANILDILAR  |     11:48 Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB  |     11:32 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR  |     11:21 Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər  |     11:19 Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"  |     11:16 Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - Video  |     11:06 Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ  |     23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |    
Left Banner
Right Banner

Qadın özünü maşının altına atıb sürücünü şantaj etdi - "100 manat ver polisə deməyim" - VİDEO

28.11.2023 16:41 1 899
Qadın özünü maşının altına atıb sürücünü şantaj etdi -
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən açıqlanana 2023-cü ilin qəza göstəricilərində piyadavurmaların sayı çoxluq təşkil edir.

Təbii ki, bəzi hallarda piyada qayda pozan sürücünün qurbanı olur. Lakin diqqətsiz davranan, həyatını riskə atanlar da az deyil. Hətta yaxınlıqda keçid olsa belə maşınların üzərinə qaçan piyadalar kifayət qədərdir.

Qəribə səslənsə belə qəzaya düşən piyadalar içərisində qəsdən həyatını təhlükəyə atan şəxslər də var. Təəssüf hissiylə qeyd edək ki, belə insanlar üçün pul canlarından daha önəmlidir. Belə ki, onlar avtomobil yaxınlaşan zaman özlərini nəqliyyat vasitəsinin üzərinə qəsdən ataraq xəsarət almağa və “şikayət etməmək üçün” sürücüdən pul almağa çalışırlar. İşin əsl mahiyyətindən xəbərsiz olan sürücü isə qorxuya düşərək inanır və tələb olunan pulu, hər hansı bir əşyanı dələduz piyadaya verir.

Dünyada da sıx müşahidə olunan bu hala Azərbaycanda da tez-tez rast gəlinir.

Analoji hadisə bir neçə gün əvvəl paytaxt ərazisində baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəzada xəsarət alan qadının videosu sürücü tərəfindən lentə alınıb. İddiaya görə, o, avtomobiliylə hərəkətdə olarkən piyada özünü maşının altına atıb. Nəticədə xəsarət alan qadın ağrıdığını bildirsə də, sürücünün pul təklifinə razılıq verib. Görüntüdən aydın olduğu kimi, piyada ona uzadılan 100 manatı götürüb və şikayət etməyəciyini deyir.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, son zamanlarda məqsədli şəkildə özünü nəqliyyat vasitələrinin altına atan piyadaların sayı artıb.
“Təəssüf ki, sürücülərdən pul qopartmaq üçün qəsdən özünü maşının altına atan piyadaların sayı çoxalıb. Bu yola baş vuran şəxslərin tətbiq etdiyi bir neçə metod var. Adətən hərəkətdə olan nəqliyyat vasitəsinə toxunmaqla yüngül xəsarət almağa çalışırlar, yaxud köhnə, yararsız mobil telefonu yerə çırpırlar. Daha sonra sürücünü təqsirləndirərək müəyyən məbləğdə pul şərti qoyurlar və qarşılığında şikayətçi olmayacaqlarını bildirirlər.
İstənilən halda vətəndaşlar çəkinmədən bu hadisələrin qeydiyyatını aparmalıdır”.

Ekspert sosial mediada geniş yayılmış videoya da münasibət bildirərək insanlara çağırış edib.

“Görüntüdən aydın olur ki, vətəndaş həmin şəxsi pulla ələ almağa çalışır və o da dərhal razılaşır. Lakin belə formada insanları şirnikləndirmək olmaz. Onlara qanunun diliylə cavab vermək lazımdır. Əksinə vətəndaşın tətbiq etdiyi üsul gələcəkdə belə insanların qəza qurbanına çevrilməsinə zəmin yaradır. Bu tip qəzalarla qarşılaşdığınız zaman vətəndaşın sizi şantaj etməməsi, həyatınıza çökməməsi üçün polisə məlumat verməlisiniz. Araşdırma zamanı sizin günahkar olmadığınız da müəyyənləşə bilər və bu zaman onun əlində oyuncağa çevrilməzsiniz. Bəzi hallarda vətəndaş sonradan aidiyyəti orqana müraciət edir və məsələ daha da ağırlaşır. Ona görə də polisi vaxtında məsələylə bağlı məlumatlandırmaq lazımdır”.скачать dle 11.3
Mojo.az Banner