Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirayə paltar bazarı, yoxsa xəstəlik mənbəyi? - Dermatoloqdan AÇIQLAMA

22.11.2023 16:13 1 485
Kirayə paltar bazarı, yoxsa xəstəlik mənbəyi? - Dermatoloqdan AÇIQLAMA
İnsanlarda toy, nişan və ad günü ziyafətlərinə dəbdəbəli geyinmək adətə çevrilib. Əsasən də xanımlar bu adətə sadiq qalırlar. Bir paltarı təkrar geyinməyi sevməyən qadınlar, həmçinin, ziyafət geyimlərini gündəlik iş həyatında istifadə edə bilmədikləri üçün kirayələrə müraciət etməyə üstünlük verirlər.

Hazırda ölkənin hər yerində geyimləri kirayə verən mağazalar fəaliyyət göstərir. Mağazalarda təkcə qadın geyimlərini deyil, uşaq paltarları, zinət əşyaları, aksesuarları da görmək mümkündür.

Belə mağazalarda əsas tələbat bəy və gəlin paltarlarınadır. Bəy kostyumları, gəlinliklər, sünnət toyu üçün xüsusi libaslar da fərqli qiymətə kirayə verilir. Geyimin qiyməti isə onun keyfiyyətinə, istifadə zamanına görə müəyyən olunur. Bir ziyafətə görə çox pul xərcləmək istəməyənlər daha az pulla kirayə paltar xidmətindən yararlanırlar.

Bir neçə dəfə fərqli insanların geyindiyi paltar və istifadə etdikləri aksesuarların gigiyena baxımından zərərli olub-olmaması isə mübahisəlidir.

Kirayə geyimlərdən istifadənin fəsadları nələrdir? Başqasının geyindiyi geyim dəridə hansı xəstəlik yarada bilər?

Mövzu barədə Bizim.Media-ya danışan dermatoloq həkim Zakir Abıyev üst geyimlərinin təhlükəsiz olduğunu deyib:

“Üst geyimləri xəstəlik yaratmır, amma əgər alt və baş geyimlərini xəstə adam çıxarıb sizə verərsə, onu geyinərsinizsə, dəridə göbələk yaranma ehtimalı var.

Ümumiyyətlə, bakteriyalar qorxulu deyil. Bəzən insanlardan hansı sudan istifadə etdiyini soruşursan. Deyir ki, kran suyudur, amma qaynadırıq. Bunlara elə gəlir ki, qaynadıb mikrobları tələf edirlər.

Bizim qorxumuz mikroblardan deyil, suyun tərkibindəki atom şəklində olan metallardandır. Rəngli və qazlı olan sular xərçəng yaradır. Qaynanmış su isə ölü sudur, onun heç bir xeyri yoxdur. Yəni demək istəyirəm ki, bəzi məsələlər yanlış anlaşılır”.

O, başqasının alt geyimlərindən istifadənin doğru olmadığını bildirib:

“Kirayə geyim geyinməkdən qorxmaq lazım deyil, 2-3 saatlıq alıb qaytarırsınız. Yəni bir insan desin ki, mən kirayə libas geyinib dəri xəstəliyi tapmışam. Sadəcə, alt geyimləri məsləhət görülmür. Üst geyimlərinin isə qəti ziyanı yoxdur. Ümumilikdə isə gigiyena qaydalarına riayət etmək özü bir mədəniyyətdir”.скачать dle 11.3
Mojo.az Banner