Mojo.az Banner
20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur

17.11.2023 21:33 2 343
Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur
"Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir".

Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, quruma əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlarla əlaqəli olub: "Paytaxtın Xəzər, Nərimanov, Binəqədi rayonları ərazisində ağacların kütləvi quruması baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən mütəxəssislər dəvət olunub və monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi quru ağacların götürülməsi ilə bağlı rəy də verib. Quru ağaclar götürülür, həmin ərazi dərman preparatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir".

Şöbə müdiri vurğulayıb ki, ötən il yaşıllıqların götürülməsi ilə bağlı 2 960 müraciət daxil olub: "Bu il isə həmin qəbildən müraciətlər 3 000-nü ötüb. Müraciətlərin əksəriyyətinə baxılıb və aidiyyəti qurumlara cavab məktubları göndərilib, müvafiq tədbir görülüb".

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov əyilmiş ağacların aqibətinə də toxunub: "Əgər ağac əyilib işıq dirəylərinə maneə törədirsə, vətəndaş yaşadığı ərazidə bələdiyyə və icra hakimiyyətinə müraciət etməlidir. ETSN rəy verdikdən sonra İcra Hakimiyyəti problemlə bağlı tədbir görür".скачать dle 11.3
Mojo.az Banner