Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

16.11.2023 23:19 2 760
Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür
Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

“Report” xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar “Postimees”ə bildirib.

Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar nəzərə çarpacaq dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən “Lux Express”, “Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

Xatırladaq ki, daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner