Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə KİV: “Xankəndidə keçirilən parad türk dünyasının sevincinə səbəb olub”

10.11.2023 13:06 2 808
Türkiyə KİV: “Xankəndidə keçirilən parad türk dünyasının sevincinə səbəb olub”
“Xankəndidə keçirilən hərbi parad türk dünyasının böyük sevincinə səbəb olub”.

Bunu Türkiyənin “Türkiye” qəzeti yazıb.

Qeyd olunub ki, Xankəndi və Laçında keçirilən mərasimlər bir çox cəhətdən önəmlidir: “Əvvəla, Azərbaycan Ordusu regionda çox ciddi gücə çevrilib. Azərbaycan Ordusunun - İkinci Türk Ordusunun bütün şöhrəti ilə ayağa qalxdığını deyə bilərik. Əslində, hər şey öz mənşəyinə qayıdır, çünki o qan eyni qandır! Dünya mənfiyə kökləndikcə, hətta “Turan Ordusu” da yarana bilər. Hər şey xəyalla başlamırmı?”

Məqalədə vurğulanıb ki, Azərbaycan öz problemlərini həll etməklə yanaşı, gələcəyə də hazırlaşır: “Zəngəzur dəhlizinin açılması ilə türk dünyası quru yolla bir-birinə bağlanacaq. Tarixi İpək Yolu yenidən oyanacaq. Azərbaycan həlledici nöqtədədir. Azərbaycan Ordusu düşməndə qorxu, dostlarda inam yaratmaq üçün hər an ayıq-sayıq olacaq. 8 Noyabr Qələbə Bayramınız mübarək, ey şanlı ordu”.скачать dle 11.3
Mojo.az Banner