Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tacikistan və İran viza rejiminin ləğvi ilə bağlı memorandum imzalayıblar

08.11.2023 22:06 2 184
Tacikistan və İran viza rejiminin ləğvi ilə bağlı memorandum imzalayıblar
Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında anlaşma memorandumu imzalayıblar.

Bu barədə sənəd Mərkəzi Asiya ölkəsinin paytaxtı Düşənbədəki Millət Sarayında Tacikistan və İran prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin iştirakı ilə imzalanıb.

“Dövlət başçılarının iştirakı ilə Tacikistan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumu imzalanıb”, – Tacikistan liderinin mətbuat xidmətinin məlumatında deyilib.

Qeyd edək ki, noyabrın 8-də Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. Siyasətçi ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib. O zaman Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Dövlət Başçıları Şurasının toplantısında müşahidəçi ölkə kimi iştirak edib. Bu, Rəisinin prezident kimi ilk xarici səfəri idi.

Xatırladaq ki, Rəhmon və Rəisi sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilmiş ikitərəfli görüşdə ilk dəfə olaraq viza rejiminin sadələşdirilməsindən danışıblar.скачать dle 11.3

Son xəbərlər