Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır - DOSYE

08.11.2023 15:04 2 007
Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır - DOSYE
Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları general rütbəsi ilə təltif edib. Onlar arasında polkovnik Namiq Bayramovun da adı var.

Polkovnik Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.

Bayramov Namiq Süleyman oğlu 20 sentyabr 1971-ci ildə Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978-1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Uzun müddət Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinaylı hərbi hissələrdə bateriya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümuçqoşun Ordusunun idarə rəiai vəzifəsinədək şərəfli xidmət yolu keçib.

2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib.

Namiq Bayramov nümunəvi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” medalı, müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı, habelə, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunub. (Manset.az)

Son xəbərlər