Mojo.az Banner
16:19 "Beniz"in məhkəməsi keçirildi  |     16:16 Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI  |     15:47 Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜ  |     15:29 "Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdı  |     15:26 Qatarlara 18 dəfə daş atılıb  |     15:20 İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar  |     15:11 "Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest  |     15:02 Gəncədə "Changan" yük maşını ilə toqquşdu  |     14:57 Qoca Səmədovun oğlu azadlığa buraxıldı  |     14:45 Tiktoker Nahid Nəsirovun həbs müddəti uzadıldı  |     14:43 Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE  |     14:41 Dəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı  |     14:29 KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir  |     14:14 Vado Korovin vəzifəsindən azad edildi  |     13:06 Türkiyədə liseyə silahlı hücum: 16 nəfər yaralandı - Hadisəni törədən ÖZÜNÜ ÖLDÜRDÜ - YENİLƏNİB (VİDEO)  |     13:00 Yağış güclənəcək, QAR yağacaq - XƏBƏRDARLIQ  |     12:58 İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - Video  |     12:56 "OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir  |     12:55 Füzulidə tank əleyhinə mina PARTLADI: ANAMA-nın əməkdaşı ÖLDÜ  |     12:53 Sabunçuda diabet xəstələri dərman ala BİLMİRLƏR – Sistem ÇÖKÜB (FOTO)  |    
Left Banner
Right Banner

Bakıda 18 il əvvəl qətl törədən şəxslərlə bağlı QƏRAR

04.11.2023 14:37 2 916
Bakıda 18 il əvvəl qətl törədən şəxslərlə bağlı QƏRAR
Ali Məhkəmədə Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədli 15 il və A.Ağalarov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttiham aktına görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə A.Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı F.Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında R.Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək R.Cəlilova və A.Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında F.Məmmədli və A.Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.скачать dle 11.3
Mojo.az Banner