Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq

30.10.2023 13:01 627
Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq
Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.

Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.media-ya verilən məlumata görə, Bakı əhalisinin sayı 2 milyonu keçib.

Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda dörd milyondan çox insan var.

Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik formalaşdırılacaq:

“Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.

Eyni zamanda, şəhər mərkəzində yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzliliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas mərkəzlə yanaşı, altı alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”.скачать dle 11.3
Mojo.az Banner