Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda bu şəxslərdən avtomat götürüldü - Video

28.10.2023 20:49 831
Abşeronda bu şəxslərdən avtomat götürüldü - Video
Abşeron rayonunda keçmiş məhkumlardan tapança və avtomatlar götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib. Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron, 1 ədəd patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan 1 ədəd “AK-74” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron,1 ədəd patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 12, “isti izlərlə” cinayətin açılması üzrə 9 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 41, xırda xuliqanlığa və xırda talamaya görə 49 fakt aşkarlanıb, mülki axtarışda olan 26 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 92, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən ümumilikdə 20, eləcə də dayanma-durma qaydalarını pozan 117 sürücü inzibati məsuliyyətə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner