Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib

27.10.2023 14:33 717
Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Masallı, Lənkəran və Astara rayonlarında yaranmış ekoloji vəziyyətlə əlaqədar çöl-tədqiqat işləri aparıblar.

Bu barədə institutdan məlumat verilib.

Mütəxəssislər sürüşmələrin və subasarların baş verdiyi ərazilərdə landşaft ekoloji şəraiti, sürüşmələrin səbəb və nəticələrini, onlara qarşı mübarizə tədbirlərini araşdırıblar. Torpaq sürüşməsi sahələri əsasən Astara rayonunun Şiyəkəran, Siyakü, Asxanakəran, Təngərüd, Lomin kəndləri və Kijəbə qəsəbəsi ərazisində, habelə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 8 və 10-cu kilometrliyində qeydə alınıb. Lənkəran rayonunda isə sürüşmə aktivliyi Horavenc və Gəgiran kəndləri, həmçinin Lənkəran-Lerik avtomobil yolunun 17 və 19-cu kilometrliyində müşahidə edilib.

Şöbə müdiri M.İsmayılovun bildirdiyinə görə regionda sürüşmələrin əsas səbəbləri ekoloji risk yaradan antropogen fəaliyyətlər, torpağın üst qatında gedən eroziya prosesləri, meşə ekosisteminə müdaxilələr, yağıntı və s. kimi amillərdir. Regionun əsas çaylarında su anbarlarının tikilməsi, qurumuş çay dərələrində intensiv qum-çınqıl karxanalarının fəaliyyəti, çay yataqlarının məişət tullantıları ilə doldurulması, turizm obyektlərinin çay yataqlarına düşünülmüş müdaxilələri və s. kimi proseslər çay dərələrində gedən təbii hidrogeomorfoloji şəraiti kəskin şəkildə dəyişdirilib ki, bu da öz təsirini subasmalarda, çayboyu ərazilərdə torpaq sürüşmələrinin fəallaşmasında, yol infrastrukturlarının dağılmasında və s. göstərir.скачать dle 11.3
Mojo.az Banner