Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə 41 yaşlı kişi qətlə yetirilib, qohumu tutulub - YENİLƏNİB

26.10.2023 19:38 909
Şəkidə 41 yaşlı kişi qətlə yetirilib, qohumu tutulub - YENİLƏNİB
Oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Şəki Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu, 1982-ci il təvəllüdlü, Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

* * * *

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.скачать dle 11.3
Mojo.az Banner