Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4,7 %-ə endirməyi planlaşdırırıq”

17.10.2023 19:29 798
Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4,7 %-ə endirməyi planlaşdırırıq”
2028-ci ilin sonuna qədər Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə - 4,7 %-ə endirilməsi planlaşdırılır.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında ölkənin gələcək 5 ili üçün Yol Xəritəsini müəyyənləşdirən 12-ci İnkişaf Planını açıqlayarkən bildirib.

R.Ərdoğan qeyd edib ki, sağlam düşüncə, qeyri-hökumət və peşəkar təşkilatların, biznes dünyasının töhfələri ilə hazırlanan 12-ci İnkişaf Planı bu gün Türkiyə Böyük Millətlər Məclisinə təqdim edilir: “5 illik inkişaf planımız 5 əsas istiqamətdən ibarətdir. Birincisi bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, ikincisi stabil inkişaf, güclü iqtisadiyyat, üçüncüsü yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, dördüncüsü fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit, beşincisi isə ədalətə əsaslanan demokratik idarəçilikdir”.

Türkiyə Prezidentinin sözlərinə görə, 12-ci İnkişaf Planı dövründə orta hesabla 5 % sabit və balanslı artım hədəflənib.

“2028-ci ildə ölkənin milli gəlirini 1 trilyon 589 milyard ABŞ dollarına, adambaşına düşən gəlirini isə 17 min 554 ABŞ dollarına çatdırmağı planlamışıq. Hər il məşğulluğun artımını orta hesabla 3 % təmin etməklə, dövrün sonunda işsizliyin səviyyəsinin 7,5 %-ə enəcəyini gözləyirik. İxracı 375 milyard ABŞ dollarına, turizm gəlirlərini isə 100 milyard ABŞ dollarına çatdıraraq cari hesabın kəsirini sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik.

Ümid edirəm ki, türk əsrinə gedən yolda dövlətimizə və millətimizə rəhbərlik edəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, - deyə paylaşımda bildirilib.скачать dle 11.3

Son xəbərlər