Mojo.az Banner
20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə ata və övladlarının ölümünə səbəb olan hadisə necə baş verib? - TƏFƏRRÜATI

28.10.2021 18:13 843
Gəncədə ata və övladlarının ölümünə səbəb olan hadisə necə baş verib? - TƏFƏRRÜATI
Gəncənin Kəpəz rayonununda fərdi yaşayış evində baş verən və bir ailənin üç üzvünün ölümünə səbəb olan dəhşətli yanğın hadisəsinin bəzi detalları məlum olub.

Hadisə bu gün səhər saatlarında "Natavan-2” qəsəbəsində fərdi yaşayış evində baş verib. Hadisə zamanı evdə olan 31 yaşlı Bahəddin Məmmədov və onun övladları - 14 yaşlı Turqay Məmmədov və 9 yaşlı Mələk Məmmədova yanaraq dünyasını dəyişib.

İlkin ehtimallara görə, hadisə evi isitmək üçün elektrik sobasından istifadə edilən zaman elektrik xətlərində yaranan qısaqapanmadan baş verib. Dünyasını dəyişən Bahəddin Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir. Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.скачать dle 11.3
Mojo.az Banner