Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi

26.10.2021 22:58 2 070
Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi
Rusiya Prezidenti Vladimir Putin uruqvaylı müğənni və aktrisa Nataliya Oreyroya Rusiya vətəndaşlığı verib.

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, sənətçinin 9 yaşlı oğlu Merlin Ataualpa da Rusiya pasportu alıb.

"Vəhşi mələk" serialının ulduzu Nataliya Oreyro Rusiya pasportu almaq arzusunu ilk dəfə 2019-cu ildə İvan Urqantın "Axşam Urqantı" verilişinə qonaq olarkən zarafat kimi dilə gətirib.

O, Rusiya vətəndaşlığı üçün 2020-ci ilin yayında müraciət edib. Bundan sonra prodüser İosif Priqojin uruqvaylı aktrisanın niyə Rusiya pasportu almağa qərar verdiyini izah edib. Onun fikrincə, aktrisanı daha yumşaq vergitutmaları və rusların sentimentallığı cəlb edə bilər.

Natalia Oreyro "Vəhşi mələk", "Sən mənim həyatımsan", "Tanqonun ritmində", "Zəngin və məşhur" seriallarında rol alıb. Sənətçi dəfələrlə Rusiyaya bağlılığını, eləcə də rus dilini öyrəndiyini bəyan edib. Müğənni hitlərinin rusdilli versiyalarını ifa edir, həmçinin 2018-ci ildə Rusiyada keçirilən FIFA dünya kuboku üçün "United by Love" kompozisiyasını üç dildə (ingilis, ispan və rus) yazıb. 2020-ci ildə faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd etmək üçün Natalya Bulat Okudjavanın "Bizə bir qələbə lazımdır" ("Bizim onuncu desant batalyonumuz") mahnısını ifa edib.

Son xəbərlər