Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus ürək sağlamlığına necə təsir edir? Kardioloq Yasmin Rüstəmova izah edir

26.10.2021 22:22 2 305
Koronavirus ürək sağlamlığına necə təsir edir? Kardioloq Yasmin Rüstəmova izah edir
Koronavirus bir çox həyat əhəmiyyətli daxili orqanlara, o cümlədən də ürəyə mənfi təsir göstərir.

Bunu media.az-la söhbətində kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Yasmin Rüstəmova bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma zamanı ürəklə bağlı ən çox müşahidə edilən ağırlaşma halları ürək çatışmazlığına gətirib çıxara bilən miokardit (ürək əzələsinin iltihabı) və perikardit (ürək kisəsinin iltihabı) xəstəlikləridir.

Həkimin sözlərinə görə, bu xəstəliklərin aşkarlanması üçün elektrokardioqramma və exokardioqrafiya tətbiq edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün maqnit-rezonans tomoqrafiyasından da istifadə olunur.

“Koronavirus kəskin miyokard infarktına da səbəb ola bilər. Bu zaman ürəyi qanla təmin edən damar tıxanır. Həmçinin, COVID-19 xəstələrinin böyük qismində aritmiya (ürək döyüntüsü tezliyinin, ardıcıllığının və ritminin pozulması) müşahidə edilir. Bununla yanaşı, xəstələrdə ağciyər damarlarında və stendlərdə tromblar yarana bilər”, - deyə kardioloq izah edib.скачать dle 11.3

Son xəbərlər