Mojo.az — elanlar
Son Xəbərlər
13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR

25.10.2021 22:11 1 071
Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR
Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı bir sıra göstərişlər verib.

Median.Az
xəbər verir ki, Rusiya Prezidentinin sözügedən göstərişləri Kremlin saytında dərc olunub.

Məlumata əsasən, Putin regional rəhbərlərə gecə əyləncə tədbirlərinin keçirilməsini qadağan etməyi tapşırıb.

Bildirilir ki, yeni qaydalara əsasən, ictimai iaşə xidmətləri 23:00-dan 06:00 qədər fəaliyyət göstərməməlidir.

Bununla yanaşı, Rusiya Prezidenti regionların qubernatorları və müəssisə rəhbərlərinə əməkdaşları koronavirusa qarşı peyvənd olunması halında iki günlük işdən möhlət vermələri tapşırılıb. Sözügedən günlər üçün əməkdaşların əmək haqqları saxlanılacaq.

Həmçinin Putin 60 yaşdan yuxarı olan və xroniki xəstəliyi olan əməkdaşların koronavirusa qarşı peyvənd olunmaları və immunitetin yaranması üçün 4 həftəlik distant iş rejiminə keçirmələri barədə tapşırıq verib.

Eyni zamanda, Rusiya Prezidenti ölkədə koronavirus testlərinin əhatə dairəsinin artırılması ilə bağlı göstərişlər verib.

Bununla yanaşı, ölkə rəhbərinin tapşırıqları əsasında, COVID-19-lu xəstələrin stasionar müalicəsi üçün tələb olunan bahalı dərmanlar alınaraq bölgələrə çatdırılacaq.

Qeyd edək ki, Rusiyada ötən sutka ərzində 37 930 yeni yoluxma halı qeydə alınıb. Bununla da, bu ölkədə pandemiya dövründə ümumi yoluxanların sayı 8 279 573-ə çatıb. Bununla yanaşı, son sutka ərzində Rusiyada 1 069 nəfər koronavirusdan dünyasını dəyişib və pandemiya ərzində virusdan ölənlərin sayı 231 669-a yüksəlib. /medicina.az

Son xəbərlər