Mojo.az Banner
20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib

24.10.2021 18:10 2 145
Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.

"Report" bu barədə komitənin saytına istinadən xəbər verir.

Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.

Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:

"İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir".

Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.

Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.

Telman İsmayılov sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışdadır.скачать dle 11.3
Mojo.az Banner