Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri |
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO

24.10.2021 14:23 2 049
Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO
Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu vəziyyət Bərdə də yaşanıb. Rayonun 2 məktəbi fəaliyyətini dayandırıb.

5 müəllim, 21 şagirddə koronavirus xəstəliyi aşkarlandı. Dünəndən etibarən dərslər disdanst formaya keçirildi. Söhbət Oğuz rayonunun Mehdi Kərimov adına Bayan Kənd tam orta məktəbindən gedir.

Məktəbin direktoru "XəzərXəbər"ə bildirib ki, hazırda təhsil müəssisində dezinfeksiya işləri aparılır.

Eyni mənzərə Bərdə də müşahidə olunur. Rayonda yerləşən 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbində ənənəvi dərslər koronavirusa görə 14 günlük dayandırılıb.

Qeyd edək ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərinin hər birinin 4 sinfi, şəhər 6 saylı orta məktəbdə 3 , Mirzəxan Kənd orta məktəbində 1 , Yeni Əyricə kənd orta məktəbində 5 , şəhər 7 saylı orta məktəbdə isə bir sinifdə dərslər müvəqqəti olaraq dayandırıb.

Son xəbərlər