Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda COVID vaksinasiyası ilə bağlı yenilik

16.10.2021 14:23 1 182
Qazaxıstanda COVID vaksinasiyası ilə bağlı yenilik
Qazaxıstanda yerli “QazVac” və ölkədə istehsal edilən Rusiyanın “Sputnik V” peyvəndi xaric, digər analoji preparatlarla vaksinasiya ödənişli olacaq.

Bu barədə Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy məlumat verib.

O, sözügedən qərarı xarici vaksinlərin kifayət qədər baha qiymətə əldə edilməsi ilə əsaslandırıb.

Nazirin sözlərinə görə, ödənişli vaksinasiya 2022-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək.

Son xəbərlər